...

Ombudsmanın nümayəndələri məhkum Lamiyə Quliyevanın uşağının ehtimal olunan atası ilə görüşüblər

Cəmiyyət Materials 4 Fevral 2015 14:51 (UTC +04:00)
Milli Preventiv Qrupun üzvləri məhkum Lamiyə Quliyevanın cəzaşəkmə müəssisəsində dünyaya gətirdiyi uşağın atası olduğunu iddia etdiyi məhkumla görüşüblər.
Ombudsmanın nümayəndələri məhkum Lamiyə Quliyevanın uşağının ehtimal olunan atası ilə görüşüblər

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İlkin İzzət/

Milli Preventiv Qrupun üzvləri məhkum Lamiyə Quliyevanın cəzaşəkmə müəssisəsində dünyaya gətirdiyi uşağın atası olduğunu iddia etdiyi məhkumla görüşüblər.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisəsində saxlanılan və Quliyeva Lamiyə Sahib qızının dünyaya gətirdiyi uşağın atası olduğunu iddia etdiyi məhkumla görüşüblər.

Qeyd edilən məhkum ailəsində yarana biləcək problemlərlə əlaqədar adının məxfi saxlanılmasını xahiş edib. Həmin şəxs məhkum L.Quliyeva ilə bir müddət eyni Penitensiar müəssisədə saxlanıldığını, onunla qiyabi tanışlıq münasibətinin olduğunu, canlı təmasının olmadığını, uşağın atasının müəyyənləşdirilməsi ilə bağlı dəqiqləşdirilmə aparılması üçün DNT qan analizi verdiyini bildirib. Onunla aparılmış konfidensial görüş zamanı təzyiqə və zorakılığa məruz qalmadığını söyləyib, bu barədə Müvəkkilə yazılı izahat verib.

Qeyd edilir ki, hazırda Ədliyyə Nazirliyi tərəfindən bu məsələ ciddi araşdırılır, hər iki şəxsdən izahat alınıb, müvafiq analizlər götürülüb və yaxın günlərdə nəticəsi açıqlanacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti