...

Ali Məhkəmədə ailə münasibətləri və mülkiyyət hüququ üzrə baxılan işlərin sayı artıb

Cəmiyyət Materials 9 Fevral 2015 16:35 (UTC +04:00)
Ötən il Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılan işlərin sayı 10,5 faiz artdığına görə ləğv olunan məhkəmə qərarlarının sayı da buna nisbətdə artıb.
Ali Məhkəmədə ailə münasibətləri və mülkiyyət hüququ üzrə baxılan işlərin sayı artıb

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir İlkin İzzət/

Ötən il Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılan işlərin sayı 10,5 faiz artdığına görə ləğv olunan məhkəmə qərarlarının sayı da buna nisbətdə artıb.

Trend xəbər verir ki, bu barədə Ramiz Rzayevin sədrliyi ilə keçirilən Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumunda məlumat verilib.

Plenumda qeyd edilib ki, 2014-cü ildə Ali Məhkəmədə 8668 işə baxılıb, 2013-cü ildə isə bu rəqəm 7847 olub.

Plenumda məruzə edən kollegiya sədrləri 2014-cü ildə kollegiyaların fəaliyyətində nəzərəçarpacaq irəliləyiş olduğunu bildiriblər.

Ali Məhkəmənin bütün kollegiyalarında - mülki, inzibati-iqtisadi, cinayət və hərbi kollegiyalarında 2014-cü ildə baxılmış işlərin sayı 2013-cü illə müqayisədə artıb. Mülki kollegiyada 8,4 faiz, inzibati-iqtisadi kollegiyada 8,3 faiz, cinayət kollegiyasında 17,2 faiz, hərbi kollegiyada isə 31,4 faiz artım müşahidə olunub.

Ailə münasibətləri, mülkiyyət hüququ və inzibati mübahisələr üzrə baxılan işlərin sayı artıb. Ancaq əmək münasibətləri, mənzil və torpaq mübahisələri, kredit məsələləri ilə bağlı baxılan işlərin sayı azalıb.

Mülki, inzibati-iqtisadi, cinayət kollegiyalarında ləğv olunan işlərin sayında artım müşahidə olunsa da, hərbi kollegiyada ləğv olunan işlərin sayında azalma olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti