Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir İlkin İzzət/
Türkiyə paytaxtında "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus təyyarənin nümayişi keçirilib.
Azərbaycanın Türkiyədəki səfirliyindən Trend-ə verilən məlumata görə, bu gün təlim uçuşu çərçivəsində Ankaranın Esenboğa hava limanında AZAL-a məxsus "Boeing 787 Dreamliner" sərnişin təyyarəsinin texniki nümayişi baş tutub.
Təyyarənin nümayişi zamanı Türkiyənin biznes dairələri, KİV təmsilçiləri, Esenboğa hava limanının nümayəndələri, habelə AZAL-ın Ankara şəhəri üzrə nümayəndəsi və Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları iştirak ediblər.
Tədbir zamanı təyyarəyə baxış keçirilib və səfir Faiq Bağırov KİV nümayəndələrinə müsahibə verib.