...

"Vətənin müdafiəsinə hazıram!" deyənlər üçün rəsm sərgisi keçirilir

Cəmiyyət Materials 10 Fevral 2015 16:38 (UTC +04:00)
“Vətənin müdafiəsinə hazıram!” mövzusunda rəsm sərgisi keçirilir.
"Vətənin müdafiəsinə hazıram!" deyənlər üçün rəsm sərgisi keçirilir

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İlkin İzzət/

"Vətənin müdafiəsinə hazıram!" mövzusunda rəsm sərgisi keçirilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Dövlət Xidməti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə akademiyanın Muzey-Sərgi Kompleksində 10 fevral 2015-ci il tarixində "Vətənin müdafiəsinə hazıram!" mövzusunda sərgi təşkil olunub.

Dövlət Xidmətinin "Vətənin müdafiəsinə hazıram!" adlı rəsm müsabiqəsinin yekunu ilə əlaqədar keçirilən sərgidə yaşı 18-dək olan şəxslərin vətənpərvərlik ruhunu tərənnüm edən 400-dək rəsm əsəri nümayiş etdirilir.

Sərgini giriş sözü ilə açan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov bu müsabiqənin gənc nəslin milli-dövlətçilik ruhunda tərbiyə edilməsində böyük əhəmiyyət daşıdığını vurğulayıb və qalib gəlmiş iştirakçıları təbrik edib.

SHXÇDX rəisinin I müavini polkovnik Zaur Abdullayev çıxış edərək bildirib ki, müsabiqəyə respublikanın demək olar ki, bütün rayon və şəhərlərindən iştirakçılar qatılıb, onların içərisindən ən layiqliləri seçilərək mükafatlandırılıb. Z.Abdullayev müsabiqənin Xidmət tərəfindən keçirilən hərbi-vətənpərvərlik tədbirlərindən biri olduğunu vurğulayıb və bu işlərin daha intensiv xarakter aldığını bildirib.

Sonra müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib və iştirakçılar diplomlarla təltif ediliblər.

Qeyd edək ki, sərgi 14 fevral 2015-ci il tarixinədək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti