...

Bu gecə Bakıda daha bir yol təmirə dayanır

Cəmiyyət Materials 27 Fevral 2015 14:53 (UTC +04:00)
Bakının mərkəzi yollarında təmir işlərinin aparılması davam edir.
Bu gecə Bakıda daha bir yol təmirə dayanır

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir İlkin İzzət/

Bakının mərkəzi yollarında təmir işlərinin aparılması davam edir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, fevralın 27-si gecə saat 23:00-dan etibarən Dilarə Əliyeva küçəsinin Puşkin küçəsi ilə kəsişməsindən Fikrət Əmirov küçəsi ilə kəsişməsinədək olan hissəsində avtomobillərin hərəkəti dayandırılacaq.

Təmir işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün qaşınaraq yenisi ilə əvəzlənməsi nəzərdə tutulub.

İşlər 3-4 gün müddətinə davam edəcəyindən sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti