...

İçərişəhərdə Beynəlxalq Qadınlar Gününə həsr olunmuş xeyriyyə yarmarkası (FOTO)

Cəmiyyət Materials 3 Mart 2015 16:05 (UTC +04:00)
“İncəsənət Bağı”nda (Kiçik Karvansara) “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlığı ilə Azərbaycanda fəaliyyət göstərən Diplomatik Missiya Rəhbərlərinin Xanımlarının Təşkilatı (HOMS) tərəfindən 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş II xeyriyyə yarmarkası keçirilib.
İçərişəhərdə Beynəlxalq Qadınlar Gününə həsr olunmuş xeyriyyə yarmarkası (FOTO)

Azərbaycan, Bakı, 3 mart /Trend/

"İncəsənət Bağı"nda (Kiçik Karvansara) "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlığı ilə Azərbaycanda fəaliyyət göstərən Diplomatik Missiya Rəhbərlərinin Xanımlarının Təşkilatı (HOMS) tərəfindən 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş II xeyriyyə yarmarkası keçirilib.

İdarədən Trend-ə verilən məlumata görə, tədbirdə 30-dan artıq ölkə nümayəndəsi iştirak edib, hər bir ölkənin milli sənətkarlıq nümunələri, əl işi suvenirlər və mətbəx nümunələrinin sərgi-satışı təşkil olunub. Tədbirdə, həmçinin milli musiqi və rəqslər nümayiş olunub. Xeyriyyə aksiyasında qiymətli mükafatların oynanıldığı lotereya tirajı da keçirilib.

Tədbirdən əldə olunan mənfəətdən HOMS-un Azərbaycanda dəstəklədiyi və qarşılıqlı əməkdaşlıq etdiyi bir sıra yerli xeyriyyə fondları və layihələrinin fəaliyyətinə yardım məqsədilə istifadə olunması nəzərdə tutulub.

Xeyriyyə aksiyası Hyatt Regency Baku, Qafqaz Resort, Four Seasons Hotel Baku, JW Marriott Absheron Baku, Excelsior Hotel Baku, Hotel Shahdag, Jumeirah Bilgah Beach Hotel, Kempinski Hotel Badamdar Baku hotellərinin, Garage Iskender restoranı, British School In Baku, Mozaik Printing, Aquavita, Ronnefeldt Tea Company, Buddha Bar (Saffron Group), Scalini, Kontakt Home, Coca-Cola şirkətlərinin və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti