...

Azərbaycana daha çox hansı ölkələrdən turist gəlir?

Cəmiyyət Materials 4 Mart 2015 15:21 (UTC +04:00)
Azərbaycana ötən il 2 297 804 nəfər əcnəbi vətəndaş gəlib. Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Azərbaycana daha çox hansı ölkələrdən turist gəlir?

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycana ötən il 2 297 804 nəfər əcnəbi vətəndaş gəlib. Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Azərbaycan turistləri ən çox qonşu ölkələrdən qəbul edib.

Rusiya, Gürcüstan, Türkiyə, İran və Ukrayna ötən il Azərbaycana turistlərin gəldiyi ölkələrin siyahısında ilk beşliyi təşkil edib. Azərbaycana gələn turistlərin sayına görə sonrakı yerləri Qərbi Avropa ölkələri və ABŞ tutub.

Qeyd edək ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev növbəti 5 il ərzində Azərbaycana gələn turistlərin sayının təqribən 3,5-4 milyona çatacağının gözlənildiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti