...

Azərbaycan həbsxanalarında müsəlmanların vəhdətindən danışılıb

Cəmiyyət Materials 11 Mart 2015 17:25 (UTC +04:00)
Azərbaycanda cəzaçəkmə müəssisələrində dini maarifləndirmə işləri aparılır.
Azərbaycan həbsxanalarında müsəlmanların vəhdətindən danışılıb

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda cəzaçəkmə müəssisələrində dini maarifləndirmə işləri aparılır.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmətin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə birgə hazırladığı tədbirlər planına əsasən, məhkumların vicdan və dini etiqad azadlığının təmin edilməsi məqsədilə cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri davam etdirilir.

Növbəti maarifləndirici tədbir bu gün Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində keçirilib. Seminarda DQİDK-nın məsləhətçisi Mahir Qəniyev, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Aslan Həbibov və Penitensiar Xidmətin məsul əməkdaşları iştirak ediblər.

"Müsəlmanlar arasında vəhdətin əhəmiyyəti" mövzusunda keçirilən seminar-treninqdə dinlə əlaqədar suallar cavablandırılıb, çıxışlar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti