Azərbaycan, Bakı, 29 mart / Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə 2015/2016-cı tədris ili üçün tələbə qəbulu elan edilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbula namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 17 yaşı tamam olan və 19 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları sırasından seçilirlər.
Ali Hərbi Məktəbə qəbul olmaq istəyənlər üçün sənəd qəbulu aprelin 10-dək aparılacaq.
Daxili Qoşunların Baş İdarəsində müəyyən edilmiş normativlər üzrə ilkin sınaqdan keçən namizədlərin siyahısı qəbul imtahanlarında iştirak etmələri üçün TQDK-ya göndəriləcək.
İmtahanlar test üsulu ilə İV ixtisas qrupu fənləri üzrə Azərbaycan və rus dillərində keçiriləcək.