...

Bakıda yol polisi idarəsinin yanından keçəndə ehtiyatlı olun

Cəmiyyət Materials 29 Mart 2015 16:55 (UTC +04:00)
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yanındakı yolda təmir işləri aparılır.
Bakıda yol polisi idarəsinin yanından keçəndə ehtiyatlı olun

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İlkin İzzət/

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yanındakı yolda təmir işləri aparılır.

Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəisinin sözlərinə görə, paytaxtın Mikayıl Müşfiq küçəsinin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inzibati binasının yanından "maşın bazarı"nadək olan hissəsində yolun genişləndirilməsi işləri aparılır. Bu səbəbdən həmin ərazidə yolun nisbətən daralması və nəqliyyatın sıxlığı yaşanır: "Ona görə də paytaxtın "Qurd qapısı" dairəsindən Mikayıl Müşfiq küçəsi ilə 3-cü kənar dairəvi yol istiqamətində hərəkət edən sürücülərdən diqqətli olmaları, ara məsafəsini saxlamaları xahiş olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti