...

Azərbaycan şirkəti onlayn ödəmə platforması hazırlayır

Cəmiyyət Materials 5 Aprel 2015 15:45 (UTC +04:00)
“eManat” ödəmə sisteminin quraşdırılması və servis dəstəyi ilə məşğul olan “Modenis” şirkəti ödənişlərin onlayn rejimdə gerçəkləşməsi üçün vep-platforma hazırlayır.
Azərbaycan şirkəti onlayn ödəmə platforması hazırlayır

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir Hüseyn Vəliyev/

"eManat" ödəmə sisteminin quraşdırılması və servis dəstəyi ilə məşğul olan "Modenis" şirkəti ödənişlərin onlayn rejimdə gerçəkləşməsi üçün vep-platforma hazırlayır.

Yeni ödəniş xidmətindən e-manat.az portalında mümkün olacaq. Hazırda "e-Manat" terminallarında keçərli olan bütün xidmət sahələri bu portalda əks olunacaq. İstifadəçilər kommunal xidmətlər, stasionar və mobil telefonlar, internet, kabel televiziyası və digər xidmət sahələri ilə bağlı ödənişlərini "e-manat.az" saytında həyata keçirə biləcəklər.

Hazırda respublika ərazisində 2061 "e-Manat" terminalı fəaliyyət göstərir. Terminallar ictimai yerlərdə - biznes və ticarət mərkəzləri, vağzal və hava limanlarının gözləmə zalları, eləcə də metrostansiyaların girişində quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti