...

Azərbayсan turizminə həsr olunan yeni reklam çarxları hazırlanıb (VİDEO)

Cəmiyyət Materials 11 Aprel 2015 13:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan regionlarının tanıdılması, ölkə daxili turist səfərlərinin artırılması, xüsusilə paytaxt sakinlərinin istirahətinin təşkili zamanı turizm imkanları geniş olan regionlardan istifadəsi məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə yeni 45 saniyəlik 2 reklam çarxı hazırlanıb. Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat veriblər.

Reklam çarxları ölkəmizi tanımaq və ölkəmizin bölgələrinə səfər etmək şüarı ilə hazırlanıb. Bu reklam çarxlarının Azərbaycan televiziya kanallarında, müxtəlif sosial şəbəkələrdə yayımlanmasına artıq start verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti