...

Azərbaycanda ingilis dili müəllimləri üçün yeni imkan

Cəmiyyət Materials 21 Aprel 2015 12:22 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi, British Council,Microsoft və Mədəd Azərbaycan “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” layihəsinin növbəti mərhələsinə başlayıb.
Azərbaycanda ingilis dili müəllimləri üçün yeni imkan

Azərbaycan, Bakı, 21 aprel / Trend, müxbir İlhamə İsabalayeva/

Təhsil Nazirliyi, British Council, Microsoft və Mədəd Azərbaycan təşkilatı "İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası" layihəsinin növbəti mərhələsinə başlayıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində seçiləcək ingilis dili müəllimlərinin pedaqoji bilikləri və təhsildə informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə bacarıqları qiymətləndiriləcək, fərdi peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi imkanları təmin olunacaq və beynəlxalq sertifikasiya həyata keçiriləcək. Layihənin bu mərhələsində iştirak üçün 100 nəfər ingilis dili müəllimi seçiləcək.

Layihədə ümumtəhsil məktəblərin ingilis dili müəllimləri iştirak edə bilər. Layihədə iştirak etmək istəyən müəllimlər mayın 8-dək [email protected] ünvanına ərizə ilə müraciət etməlidirlər. Qəbul olunan bütün ərizə formalarına baxılacaq və seçim kriteriyalarına cavab verən müəllimlər növbəti seçim mərhələsinə dəvət olunacaqlar. Bütün seçim mərhələlərindən uğurla keçən namizədlər layihənin iştirakçısı seçiləcək.

Təlimlər qarışıq (onlayn və üz-üzə) formatda bu ilin iyun-dekabr ayları ərzində keçiriləcək. Hər təlimin əvvəlində iştirakçıların hazırlıq səviyyəsi təyin olunacaq və fərdi inkişaf proqramı hazırlanacaq. Təlimlərin sonunda iştirakçılar 3 sertifikasiya imtahanında iştirak edərək müvafiq sertifikasiya ilə təmin olunacaq. Sertifikasiya imtahanları müstəqil qurumlar tərəfindən həyata keçiriləcək və nəticədə uğurlu iştirakçılar beynəlxalq səviyyəli sertifikasiya ilə təmin olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti