...

ABŞ-ın Luiziana ştatında Azərbaycanın Respublika Gününə həsr edilmiş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 25 May 2015 09:56 (UTC +04:00)
ABŞ-ın Luiziana ştatının Senat və Nümayəndələr Palatası üzvlərinin iştirakı ilə paytaxt Baton Ruj şəhərində Azərbaycanın Respublika Günü - 28 Maya həsr edilmiş tədbir keçirilib.
ABŞ-ın Luiziana ştatında Azərbaycanın Respublika Gününə həsr edilmiş tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 25 may /Trend/

ABŞ-ın Luiziana ştatının Senat və Nümayəndələr Palatası üzvlərinin iştirakı ilə paytaxt Baton Ruj şəhərində Azərbaycanın Respublika Günü - 28 Maya həsr edilmiş tədbir keçirilib. "Azərbaycan Dostlarının Assambleyası" (AFAZ) tərəfindən təşkil olunmuş tədbir ştatın qanunverici orqanının binasında baş tutub.

Azərbaycanın Amerikadakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə ştat qubernatorunun müavini ("Lieutenant Governor") Elbert Li Qullori, Senat üzvləri Fransis Tompson və Qerald Lonq, Nümayəndələr Palatasının üzvləri Kley Şiksnayder, Co Harrison və Roy Burrel iştirak ediblər.

Qubernatorun müavini E.Li Qullori Azərbaycanla bağlı təəssüratlarını bölüşüb. O, Azərbaycana 1983-cü ildə səfər etdiyini xatırlayaraq, azərbaycanlıların xüsusi qonaqpərvərliklə seçildiklərini və məhz bu xüsusiyyətin onu ölkəmizə bağladığını qeyd edib.

O, Əfqanıstandakı hərbi əməliyyatlar zamanı məhz Azərbaycanın roluna görə yüzlərlə ABŞ əsgərinin həyatının xilas olduğunu və ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri xüsusi vurğulayaraq, göstərdiyi davamlı dəstəyə minnətdarlığını ifadə edib.

Sonra çıxış edən Senat üzvü F.Tompson və Nümayəndələr Palatasının üzvü Kley Şiksnayder Azərbaycanı Respublika günü münasibətilə təbrik edib, ABŞ-Azərbaycan münasibətlərinin gələcək inkişafının əhəmiyyətini vurğulayıblar.

Tədbirdə iştirak edən Azərbaycan Səfirliyinin əməkdaşı Natiq Baxışov çıxış edərək Azərbaycan-ABŞ münasibətləri, ölkələrimizin enerji və beynəlxalq təhlükəsizlik sahələrindəki birgə əməkdaşlıq barədə məlumat veriblər.

Nyu Orlean şəhərində yerləşən Dünya Ticarət Mərkəzinin məlumatına görə, Azərbaycan və Luiziana arasında ticarət dövriyyəsi 43 mln ABŞ dollarını keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti