...

Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 11,03 faiz artıb

Cəmiyyət Materials 10 İyul 2015 10:44 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb.
Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 11,03 faiz artıb

Azərbaycan, Bakı, 10 iyul /Trend/

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, 2015-ci ilin iyulun 1-i tarixinə olan statistikaya əsasən, cari ilin əvvəli ilə müqayisədə Fondun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 11,03 faiz artıb. İyun ayı ərzində əlavə olaraq 617 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 25 010 nəfərə yüksəlib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 88,57 faizini (22 152 nəfər) kişilər, 11,43 faizini (2 858 nəfər) isə qadınlar təşkil edir.

Ümumilikdə 104 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları üzrə (12 886 nəfər) müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2 739 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 446 nəfərə çatıb.

Sonrakı yerlərdə İran (934), Çin (811), Hindistan (773), Pakistan (507), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (496), Ukrayna (335), Banqladeş (315), Özbəkistan (259), Almaniya (217), ABŞ (216), Filippin (206), Türkmənistan (197), Qazaxıstan (185), Koreya (181), İtaliya (174) və s. ölkələr qərarlaşıb.

2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti