...

Hafiz Paşayev və Heydər Əsədov memorandum imzaladılar (FOTO)

Cəmiyyət Materials 16 İyul 2015 15:46
Bu gün ADA Universitetində kənd təsərrüfatı naziri Heydər Əsədov və xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin iştirakı ilə "Kənd təsərrüfatı sahəsində biznes idarəçiliyi üzrə beynəlxalq magistr proqramı"nın həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
Hafiz Paşayev və Heydər Əsədov memorandum imzaladılar (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 16 iyul /Trend/

Bu gün ADA Universitetində kənd təsərrüfatı naziri Heydər Əsədov və xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin iştirakı ilə "Kənd təsərrüfatı sahəsində biznes idarəçiliyi üzrə beynəlxalq magistr proqramı"nın həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, memorandumun əsas məqsədi aqrar sahədə yüksək ixtisaslı kadrların hazırlanması və təminatı sisteminin yaxşılaşdırılması üçün nazirliyin dəstəyi ilə ADA Universitetində müvafiq ixtisasın tədrisini səmərəli şəkildə təşkil edib həyata keçirməkdir.

ADA Universitetinin rektoru H.Paşayev qonaqları səmimi salamlayaraq iqtisadiyyatda kənd təsərrüfatının önəmli sahələrdən biri olduğunu vurğulayıb və bu proqramın uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib.

Nazir H.Əsədov öz səmimi təşəkkürünü bildirərək, Azərbaycanın tarixən aqrar ölkə olduğunu, ölkəmizdə həyata keçirilən aqrar siyasət, ölkə başçısının bu sahəyə göstərdiyi diqqət və qayğıdan, qəbul olunmuş qərar və sərəncamlardan danışıb və aqrar sahədə kadr hazırlığının vacibliyini qeyd edib. İlk dəfə imzalanan bu memorandumun ADA Universiteti ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlığa öz töhfəsini verəcəyini diqqətə çatdırıb, gələcəkdə bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

17 ay davam edəcək tədris proqramını müvəffəqiyyətlə bitirənlər ADA Universitetinin magistrantı dərəcəsini qazanacaqlar. ADA Universiteti Azərbaycan Dövlət Aqrar Universiteti ilə zəruri əlaqələndimə və əməkdaşlığı həyata keçirəcək. İlk qəbul 2016-2017-ci tədris ilində nəzərdə tutulub. İxtisası seçənlər MBA tədris proqramı çərçivəsində kənd təsərrüfatı sənayesinin əsasları, iqtisadiyyatı, maliyyələşməsi, marketinqi, idarə edilməsi üzrə nəzəri fənnlər və praktiki seminarlar keçəcəklər. Magistrantlar beynəlxalq təcrübədən yararlanmaq məqsəd ilə xaricə təhsil mübadiləsi səfəri də edəcəklər.

Görüşdən əvvəl nazir H.Əsədov ADA Universitetinin fəaliyyəti ilə tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti