...

Azərbaycan-Gürcüstan sərhədindəki sıxlıq tam aradan qaldırıldı (FOTO)

Cəmiyyət Materials 18 İyul 2015 15:22 (UTC +04:00)
Azərbaycan-Gürcüstan sərhədindəki sıxlıq tam aradan qaldırılıb.
Azərbaycan-Gürcüstan sərhədindəki sıxlıq tam aradan qaldırıldı (FOTO)

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Azərbaycan-Gürcüstan sərhədindəki sıxlıq tam aradan qaldırılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bayram və istirahət günləri ilə əlaqədar olaraq ötən gün səhər saatlarında Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda turistlərin və sərnişinlərin qonşu ölkəyə keçidində yaranmış nisbi sıxlıq dünən günün ikinci yarısından etibarən tam aradan qaldırılıb.

Komitə bildirir ki, hazırda Azərbaycan-Gürcüstan sərhədində heç bir sıxlıq müşahidə olunmur, nəqiyyat vasitələrinin, turistlərin və sərnişinlərin sərhəddən sərbəst şəkildə keçidi tam təmin edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti