...

Magistraturanın boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlandı

Cəmiyyət Materials 5 Avqust 2015 16:37 (UTC +04:00)
Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunub.
Magistraturanın boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlandı

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri TQDK-nın internet saytında yerləşdirilib.

Bakalavrlar qəbulun nəticələrini iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları avqustun 6-da "Magistr" jurnalının 7-ci sayında dərc olunacaq.

Magistraturanın boş qalan 2099 plan yerinin müsabiqəsində iştirak etmək üçün 1013 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 588 nəfər magistratura səviyyəsinə qəbul olub.

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar 2015-ci il avqustun 14-dən 21-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti