...

Regionlarda dini maarifləndirici tədbirlər keçirilib

Cəmiyyət Materials 18 Avqust 2015 18:14 (UTC +04:00)
Regionlarda dini maarifləndirmə işi davam etdirilir.
Regionlarda dini maarifləndirici tədbirlər keçirilib

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir İlkin İzzət/

Regionlarda dini maarifləndirmə işi davam etdirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Belə tədbirlərdən biri Lənkəran rayonu Aşağı Nüvədi qəsəbə dini icmasının "Dindarlar milli-mənəvi dəyərlərimizin keşikçisidir" adlı layihəsi çərçivəsində baş tutub.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ayiq Səmədov, AMEA-nın elmi işçisi, Bakı İslam Universitetinin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru, müstəqil ekspert Aslan Həbibov, Lənkəran rayonun Ləj kənd məscidinin axundu, AMEA-nın doktorantı Samid Quliyev, Aşağı Nüvədi qəsəbə dini icmasının sədri Asəf Axundov, dindarlar və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ayiq Səmədov layihə çərçivəsində reallaşdırılan tədbirlərin əhəmiyyətindən danışıb. Dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayırması barədə sərəncamı dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirən natiq, ümidvar olduğunu bildirib ki, onlarla dini icmaya ayrılmış vəsait dini icmaların fəaliyyətində aktivlik yaradacaq.

Tədbirdə Lənkəran rayonunun Ləj kənd məscidinin axundu, AMEA-nın doktorantı Samid Quliyev "Dindarlar və onların milli-mənəvi dəyərlərimizin inkişafında rolu" Aşağı Nüvədi qəsəbə məscidi dini icmasının sədri Asəf Axundov "Din xadimlərinin cəmiyyətin inkişafında rolu", AMEA-nın elmi işçisi, Bakı İslam Universitetinin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru, mütəqil ekspert Aslan Həbibov "Din xadimlərinin cəmiyyətdə vəhdətin formalaşmasında rolu" mövzuları üzrə məruzələrlə çıxış ediblər. Tədbirdə çıxış edən qəsəbə sakinləri bu layihəyə görə ölkə Prezidenti cənab İlham Əliyevə və DQİDK-nın sədri cənab Mübariz Qurbanlıya minnətdarlıqlarını bildiriblər.

Lənkəran şəhəri "Böyük Bazar" Cümə məscidi dini icmasının "Gənclər və milli-mənəvi dəyərlərimiz" adlı layihəsi çərçivəsində də növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, AMEA-nın elmi işçisi, Bakı İslam Universitetinin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru, müstəqil ekspert Aslan Həbibov, Lənkəran şəhəri "Böyük Bazar" Cümə məscidinin dini icma sədri Qəni Axundzadə, "Böyük Bazar"Cümə məscidi dini icmasının axundu Amid Bağırov, dindarlar, şəhər sakinləri, və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov layihə çərçivəsində reallaşdırılan tədbirlərin əhəmiyyətindən danışıb. Tədbirdə çıxış edən natiqlər bildiriblər ki, həyata keçirilən layihələr öz müsbət nəticəsini verir.

Bundan əlavə, Lənkəran rayonu Separadi kənd məscidi dini icmasının həyata keçirdiyi "Dini radikalizmə və yad təsirlərə qarşı milli-mənəvi dəyərlərimizin rolu" layihəsi, eləcə də Lənkəran rayonu Nərimanabad qəsəbə "İmam Hüseyn" məscidi dini icmasının həyata keçirdiyi "Narkomaniya və zərərli vərdişlərdən uzaq olaq layihəsi çərçivəsində növbəti maarifləndirici tədbirlər keçirilib. Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ayiq Səmədov, AMEA-nın elmi işçisi, Bakı İslam Universitetinin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru, müstəqil ekspert Aslan Həbibov, Lənkəran rayonun Cil kənd məscidinin dini icma sədri və axundu Əliəşrəf Əliyev, Liman şəhər polis bölməsinin əməkdaşı, polis kapitanı Seyidrza Əzizov, yerli din xadimi Rəşad Ağayev, Nərimanabad qəsəbəsi "İmam Hüseyn" məscidi dini icmasının sədri Abuzər Kərimov, dindarlar, kənd sakinləri və gənclər iştirak ediblər.

Daha bir tədbir isə Oğuz şəhəri "Cümə" məscidi dini icmasının "Ənənəvi İslam və dindarların radikal təsirlərdən qorunması" adlı layihəsi çərçivəsində keçirilib. Tədbirdə DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Rüstəm Ramazanov, DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elvin Qarayev, Oğuz şəhəri "Cümə" məscidinin imamı Şovkət Cəlilov , din xadimləri, ziyalılar və şəhər ictimaiyyətinin nümayəndələri, gənclər və məsciddə fəaliyyət göstərən Quran kursunun tələbələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti