...

Yeni mövsümlə bağlı telekanalların monitorinqinə başlanılır

Cəmiyyət Materials 29 Avqust 2015 11:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir Elmir Murad/

Azərbaycanın teleradio kanallarında reklam pozuntuları azalıb. Bunu Trend-ə açıqlamasında Milli Televiziya və Radio Şurasının Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

Onun sözlərinə görə, hazırda "Reklam haqqında qanun"un 21-ci maddəsinin tələblərinə uyğun olaraq qaçan sətirlə verilən reklamların xüsusi təqdim olunma qaydası hazırlanır.

Reklam pozuntuları ilə yanaşı efirdəki digər problemlərin də azaldığını qeyd edən T.Dadaşov vurğuladı ki, buna baxmayaraq təmsil etdiyi qurum mütəmadi monitorinqlər aparır: "Hazırda yayımçıların bir sıra verilişləri, hansılar ki, daha çox monitorinq nəzarətində idi, onlar tətildədirlər. Bu, nisbətən efirdə problemlərin azlaması təəssüratı yaradır. Bununla belə digər yayım materialları da diqqətdə saxlanılır. Əlbəttə ki, problemlər yenə var. Məsələn, yumoristik səhnəciklərdə milli dəyərlərə zidd hallar aşkarlanıb. Qeyd edim ki, bunlar davamlı olacağı təqdirdə tədbir görüləcəkdir".

Yayımçıların yay fəslində efirində bədii, cizgi, sənədli filmlərin və yumoristik verilişlərin artması tendensiyasının müşahidə olunduğunu vurğulayan şöbə müdiri hesab edir ki, bu normal haldır: "Çünki yay sezonunda hər kəs istirahət etməyə çalışır. Tamaşaçını yormaq lazım deyil. Yayımçılarımız azyaşlılar üçün dublyaj olunmuş cizgi filmlərinin nümayişini artırıblar. Bu təqdirəlayiq haldır. Amma daha yaxşı olardı ki, telekanllarımız yeni verilişlər və yerli cizgi filmləri də verə biləydi.Yeni televiziya mövsümündə daha ciddi şəkildə monitorinqlərə start veriləcəkdir. Çünki qanunun yeni tələbləri var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti