...

Respondentlərin 93,3 faizi ƏƏSMN-nin elektron xidmətlərindən istifadə etdiyini bildirib

Cəmiyyət Materials 1 Sentyabr 2015 10:45 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi internet saytında (www.mlspp.gov.az) keçirilən növbəti interaktiv sorğunun nəticələri əhalinin nazirliyin elektron xidmətlərindən istifadəyə böyük maraq göstərdiyini təsdiq edir.
Respondentlərin 93,3 faizi ƏƏSMN-nin elektron xidmətlərindən istifadə etdiyini bildirib

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi internet saytında (www.mlspp.gov.az) keçirilən növbəti interaktiv sorğunun nəticələri əhalinin nazirliyin elektron xidmətlərindən istifadəyə böyük maraq göstərdiyini təsdiq edir. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərdiyi elektron xidmətlərdən istifadə edirsinizmi?" sualını cavablandıran 2975 nəfərdən 2777 nəfəri, yəni 93,3 faizi bu sualı müsbət cavablandırıb.

Son illərdə ölkəmizdə əmək və sosial müdafiə sistemlərinin avtomatlaşdırılması yönündə aparılan məqsədyönlü işlər bu sahələr üzrə əhaliyə yeni e-xidmətlərin yaradılaraq əhalinin istifadəsinə verilməsi ilə müşahidə olunub.

Hazırda bu e-xidmətlərdən "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi", "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi", "İş yerinə dair arayış" e-xidmətləri vətəndaşların ən çox faydalandığı e-xidmətlər sırasındadır.

Ümumilikdə, təkcə cari ilin yanvar-iyul aylarında ƏƏSMN-nin bütün elektron xidmətlərindən 1 milyon 272 min 164 dəfə istifadə olunub ki, bu da qeyd olunan dövrdə "E- hökumət" portalı üzrə ümumi istifadə sayının 17 faizi deməkdir.

Hazırda nazirliyin fəaliyyət sahələrindən biri olan ünvanlı dövlət sosial yardımı sistemi də elektron əsaslar üzərində qurulmaqdadır. Həmin sistemin tam avtomatlaşdırılması ünvanlı dövlət sosial yardımının alınması üçün elektron şəkildə müraciət edilməsinə imkan verən yeni e-xidmətin istifadəyə verilməsinə səbəb olacaq. Bununla yanaşı, dövlət məşğulluq xidmətləri üzrə e-xidmətlərin artırılması sahəsində də işlər aparılır.

Xatırladaq ki, 142-"Çağrı mərkəzi"nə zəng edərək, 5 düyməsini basmaqla nazirliyin elektron xidmətlərindən istifadə ilə bağlı ətraflı izahat almaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti