...

Azərbaycan Arıçılar İttifaqı: Azərbaycanda arıçıların əsas problemi qablaşdırma ilə bağlıdır

Cəmiyyət Materials 10 Sentyabr 2015 11:47 (UTC +04:00)
Azərbaycanda il ərzində bala istehlak tələbatının həcmi 4500 tondur, lakin ölkədə 2500 ton, bəzi illərdə isə hətta 1000 tondan da az bal istehsal edilir
Azərbaycan Arıçılar İttifaqı: Azərbaycanda arıçıların əsas problemi qablaşdırma ilə bağlıdır

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir İlhamə İsbalayeva/

Azərbaycanda il ərzində bala istehlak tələbatının həcmi 4500 tondur, lakin ölkədə 2500 ton, bəzi illərdə isə hətta 1000 tondan da az bal istehsal edilir. Trend-in məlumatına görə, bunu Azərbaycan Arıçılar İttifaqının sədri Şamil Quliyev "Yerlı arıçılıq məhsullarının tanıdılmasında turizm müəssisələrinin rolu" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda güclü arıçılar olsa da, ümumən ölkədəki arıçıların bilik səviyyəsi müasir tələblərə cavab vermir.

Ş.Quliyev bu gün Azərbaycanda arıçıların əsas probleminin qablaşdırma ilə bağlı olduğunu da deyib.

İttifaq sədri əlavə edib ki, qablaşdırma həm məhsulun ixracı, həm də ərzaq təhlükəsizliyi baxından önəmlidir. O, arıcılara qablaşdırma sahəsində dövlət dəstəyinin göstərilməsini də əhəmiyyətli hesab edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti