...

USAID-in Azərbaycandakı yeni direktoru vəzifəsinin icrasına başlayıb

Cəmiyyət Materials 11 Sentyabr 2015 15:13 (UTC +04:00)
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının yeni direktoru Mikaela Meredis vəzifəsinin icrasına başlayıb.
USAID-in Azərbaycandakı yeni direktoru vəzifəsinin icrasına başlayıb

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir Elmir Murad/

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının yeni direktoru Mikaela Meredis vəzifəsinin icrasına başlayıb.

Trend xəbər verir ki, yeni direktor bu vəzifəyə təyin olunmazdan əvvəl təşkilatın Vaşinqtondakı baş ofisində üç aparıcı vəzifədə çalışıb. O, USAID-də çalışdığı 25 il ərzində Yaxın Şərq, Afrika və Şərqi Avropada müxtəlif vəzifələrdə işləyib.

Yeni direktor xanım M.Meredis qurumun Azərbaycanla bağlı prioritetlərinə dəstək verən bu proqramlara rəhbərlik edəcək. O, USAID-in inkişaf proqramlarının uğurları üzərində işi davam etdirməyə və hökumət tərəfdaşları ilə hazırkı əməkdaşlığı gücləndirməyə ümid etdiyini deyib.

Qeyd edək ki, 1990-ci illərdən bəri USAID Azərbaycan xalqının həyatını yaxşılaşdırmaq məqsədilə 350 milyon ABŞ dollarından çox vəsait xərcləyib. 1991-ci ildə USAID Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkmiş 800,000-dən artıq qaçqın və məcburi köçkünə humanitar yardım göstərməklə Azərbaycanda yardım proqramlarına başlayıb. Həmin proqramlar vasitəsilə qida, geyim, sığınacaq, tibbi xidmətlər və iş bacarıqları üzrə təlimlər təmin olunub. 1998-ci ildə USAID humanitar yardım proqramlarından daha geniş iqtisadi, sosial və demokratik inkişaf proqramlarına keçid edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti