...

"Nizami" metro stansiyasında eskalatorlardan biri işləməyəcək

Cəmiyyət Materials 14 Oktyabr 2015 16:28 (UTC +04:00)
Sabahdan "Nizami" metro stansiyasının eskalatorlarından biri əsaslı təmirə dayandırılır.
"Nizami" metro stansiyasında eskalatorlardan biri işləməyəcək

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Sabahdan "Nizami" metro stansiyasının eskalatorlarından biri əsaslı təmirə dayandırılır.

"Bakı Metropoliteni" QSC-dən Trend-ə verilən məlumata görə, 2015-ci ilin təmir planına uyğun olaraq, "Nizami" stansiyasının 1 saylı eskalatoru oktyabrın 15-dən əsaslı təmirə dayandırılır.

Qeyd edək ki, Bakı Metropolitenində tətbiq edilən müvafiq təlimat qaydasına uyğun olaraq, LT tipli eskalatorlar hər 100 min km yürüş məsafəsindən sonra əsaslı təmir olunmalıdır.

1 saylı eskalator 2016-cı il fevralın 10-da yenidən istismara veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti