...

AMEA-nın vitse-prezidenti alimlərə şad xəbər verdi

Cəmiyyət Materials 14 Oktyabr 2015 17:07 (UTC +04:00)
Azərbaycanda alimlər gələn ilin yazından xüsusi istirahət zonalarında istirahət edə biləcəklər.
AMEA-nın vitse-prezidenti alimlərə şad xəbər verdi

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda alimlər gələn ilin yazından xüsusi istirahət zonalarında istirahət edə biləcəklər. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəyli deyib.

Vitse-prezidentin sözlərinə görə, alimlər üçün Azərbaycanın bir neçə yerində - Pirqulu, Xızı və Mərdəkanda istirahət və yaradıcılıq evlərinin yaradılması nəzərdə tutulur.

İ.Həbibbəyli bildirib ki, artıq AMEA-nın Mərdəkandakı "Pioner" düşərgəsi adlanan binası əsaslı şəkildə yenidən qurulmaqla orada "Yaradıcılıq Evi"i yaradılır.

Artıq "Yaradıçılıq Evi"nin tikintisinin başa çatmaq üzrə olduğunu deyən İ.Həbibbəyli əlavə edib ki, 2015-ci ilin sonuna qədər orada işlər müəyyən qədər tamamlanacaq. 2016-ci ilin yazında isə həmin ev istifadəyə veriləcək: "2016-cı ilin yazından AMEA-nın alimləri Mərdəkanda - dəniz kənarındakı "Yaradıçılıq Evi"ndə özlərinin elmi fəaliyyətlərini davam etdirə və istirahət edə biləcəklər. Orada onların istirahəti üçün şərait yaradılıb. Bu bina həm də internetlə təmin ediləcək. Alimlərin binada müxtəlif informasiya texnologiyaları vasitəsilə yaradıcılıq fəaliyyətlərini davam etdirmələri üçün hər cür imkanı olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti