...

San Xose şəhərinin mərkəzi meydanında Azərbaycan bayrağı ucaldıldı (FOTO)

Cəmiyyət Materials 16 Oktyabr 2015 23:04 (UTC +04:00)
15 oktyabr tarixində son illərin ən gurultulu texnoloji yeniliklərin mənbəyi və ABŞ-da yüksək texnologiyaların mərkəzi olan Silikon vadisinin paytaxtı San Xose şəhərinin Meriyası qarşısında Azərbaycan Respublikasının bayrağının ucaldılması mərasimi keçirilmişdir.
San Xose şəhərinin mərkəzi meydanında Azərbaycan bayrağı ucaldıldı (FOTO)

Azərbaycan, Bakı, 16 okatybr /Trend/

15 oktyabr tarixində son illərin ən gurultulu texnoloji yeniliklərin mənbəyi və ABŞ-da yüksək texnologiyaların mərkəzi olan Silikon vadisinin paytaxtı San Xose şəhərinin Meriyası qarşısında Azərbaycan Respublikasının bayrağının ucaldılması mərasimi keçirilmişdir. Azərbaycanın yerli icmasının təşəbbüsü və San Xose şəhərinin meriyasının dəstəyi ilə həyata keçirilmiş vəAzərbaycan Respublikasının müstəqillik gününə həsr olunmuş bu tədbirdə San Xose şəhərinin meri Sem Likardo (Sam T. Liccardo) və şəhərin icra şurasının üzvləri Tam Nguyen, Coni Xamis və digərləri, Azərbaycan icmasının üzvləri, həmçinin Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin əməkdaşları iştirak etmişdir.

Tədbir zamanı çıxış edən San Xose şəhərinin meri S.Likardo bu tədbirin ənənəyə çevriləcəyinə ümid etdiyini deyərək ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinin vacibliyini vurğuladı. O, həmçinin Azərbaycan icmasının bu şəhərdə rolundan danışdı.

San Xose İcraiyyə Şurasının üzvləri çıxışları zamanı dost Azərbaycanın müstəqilliyini şəhərlərində qeyd etməkdən məmnun olduqlarını qeyd edərək ölkəmizlə San Xose şəhəri arasında təmasların artması və intensivləşməsinə ümid etdiklərini söylədilər.

Ölkəmizin ABŞ-da Səfirliyinin müşaviri Məmməd Talıbov öz növbəsində tədbirin təşkilinə görə yerli Azərbaycan icması və San Xose meriyasına təşəkkürünü bildirdi. O, Şərq dünyasında ilk Demokratik Respublika, və əslər boyu müxtəlif din və mədəniyyətlərin təmsilçilərinin sülh və əminamanlıq şəraitində yaşayan ölkə olan Azərbaycanla San Xose əhalisinin daha yaxın tanış olmaq imkanı baxımından bu tədbirin vaxcibliyini qeyd etdi, tədbir iştirakçılarına ölkəmizbarədə qısa məlumat verdi.

Mərasimdən sonra Meriyanın Rotonda binasında ziyafət verildi və tədbirdə iştirak edənAzərbaycan musiqiçilərinin ifasında milli musiqimiz səsləndi. Qeyd etmək lazımdır ki, San Xosedə geniş və fəal azərbaycanlı icması yaşayır.

Xəbər lenti

Xəbər lenti