...

Qazaxda yeganə 9 mərtəbəli bina, o da ki... (FOTO)

Cəmiyyət Materials 17 Oktyabr 2015 17:14 (UTC +04:00)
Qazaxda yalnız bir 9 mərtəbəli bina var.
Qazaxda yeganə 9 mərtəbəli bina, o da ki... (FOTO)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Qazaxda yalnız bir 9 mərtəbəli bina var, amma problemləri az deyil.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, sakinlər illərdir ki, işləməyən liftin yaratdığı narahatlıqdan əziyyət çəkirlər.

Elə Qazaxda olan yeganə 9 mərtəbəli binanın sakinləri də hansı mərtəbədə olduqlarını liftin qapısını açmadan bilirlər. Ancaq buna səbəb onların vərdişi deyil. Məsələ ondadır ki, 36 ailənin yaşadığı binanın lifti 10 ildən artıqdır işləmir.

Heydər Əliyev prospekti, 179-da yerləşən bina 1989-cu ildə tikilərək sakinlərin ixtiyarına verilib. Yaşayış binasında 2 lift quraşdırılıb ki, yuxarı mərtəbədə yaşayanların rahatlığı təmin edilsin. Amma hazırda fəaliyyətsiz qalan liftlər insanları narahat edir.

Yaşlı və xəstə insanların vəziyyəti isə daha acınacaqlıdır. Təmiz hava almaq üçün binanın həyətinə düşən sakinlərin evinə qayıtması müşkülə çevrilir.

Sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara mövcud vəziyyətlə bağlı dəfələrlə müraciət etsələr də, bu günə qədər liftin işləməsinə nail ola bilməyiblər. Məsələdən hali olan Qazax Mənzil İstismar Sahəsinin rəisi isə yalnız bir cümlə ilə kifayətləndi...

Qazax Mənzil İstismar Sahəsinin rəisi Elşad Axundov: "Onu deyə bilərik ki, gələn il liftin təmir edilməsi nəzərdə tutulub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti