...

Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb

Cəmiyyət Materials 26 Oktyabr 2015 11:32 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb.
Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, 2015-ci ilin oktyabrın 1-ə olan statistikaya əsasən, cari ilin əvvəli ilə müqayisədə DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 17.65 faiz artıb.

Sentyabr ayı ərzində əlavə olaraq 327 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 26 500 nəfərə yüksəlib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 88,3 faizini (23 393 nəfər) kişilər, 11,7 faizini (3 107 nəfər) isə qadınlar təşkil edir.

Ümumilikdə 114 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (13 439 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə, ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2 903 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 578 nəfərə çatıb.

Sonrakı yerlərdə İran (957), Hindistan (924), Çin (843), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (539), Pakistan (525), Ukrayna (389), Banqladeş (367), Özbəkistan (266), Almaniya (236), Filippin (230), ABŞ (224), Türkmənistan (209), Qazaxıstan (199), Koreya (189), İtaliya (185) və s. ölkələr qərarlaşıb.

2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti