...

Şərif Əsədullayev: Azərbaycan insan alverinə qarşı mübarizəni yüksək səviyyədə təşkil etməkdə israrlıdır

Cəmiyyət Materials 10 Noyabr 2015 10:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir Elmir Murad/

"Azərbaycan insan alverinə qarşı mübarizəni daim yüksək səviyyədə təşkil etməkdə israrlıdır".

Trend-in məlumatına görə, bunu Avropa Şurası və Azərbaycan Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Avropa Şurasının "İnsan Alverinə Qarşı mübarizə haqqında" Konvensiyasının yerinə yetirilməsi ilə bağlı keçirilən Dəyirmi Masada Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Şərif Əsədullayev deyib.

Ş.Əsədullayev bildirib ki, dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolunu seçmiş, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini dövlət siyasətinin prioritet istiqaməti elan etmiş Azərbaycan 10 ildən artıqdır ki, insan alverinə qarşı mübarizə üzrə kompleks tədbirlər həyata keçirir.

Ş.Əsədullayev qeyd edib ki, Azərbaycanın insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq öhdəliklərinə sadiq qalmasının bariz nümunəsi olaraq insan alverinə qarşı mübarizə fəaliyyətinə dair təqdim olunan təklif və tövsiyələr Azərbaycan Prezidetinin 2014-cü il 24 iyul tarixli sərəncamın təsdiq edilmiş sayca üçüncü insan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planında nəzərə alınan, Nazirlır Kabinetinin tapşırığı ilə yerinə yetirilməsi üçün dövlət qurumlarına yönəldilib.

İdarəsinin rəisinin sözlərinə görə, Avropa Şurasının "İnsan alverinə qarşı mübarizə haqqında" Konvensiyasının Tərəflər Komitəsi Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, İşçi Qrupunun və ixtisaslaşmış polis qurumunun təsis edilməsini, qanunvericiliyin, milli fəaliyyət planlarının, insan alveri qurbanlarının Milli İstiqamətləndirmə Mexanizminin, onların müəyyən olunması üçün indikatorların qəbul olunması və təkmilləşdirilməsi, insan alverinin qarşısının alınması üzrə maarifləndirmə tədbirləri və təlimlərin keçirilməsini yüksək qiymətləndirib.

Dəyirmi masada çıxış edən Avropa Şurasının İnsan Alverinə Qarşı Mübarizə Missiyasının rəhbəri İta Mirinaşvili hesabatla bağlı qonaqları məlumatlandırıb. O, tədbirin keçirilməsinin məqsədini belə izah edib: "Dəyirmi masaya Avropa Şurası və QHT-lər də dəvət olunub. Bu görüşün keçirilməsində əsas məqsəd odur ki, Avropa Şurası da hökumətə öz dəstəyini vermiş olsun".

Sonra tədbir BMT-nin İnsan alverinə qarşı eksperti Mayk Dotiviçin çıxışı ilə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti