...

Fransadakı Azərbaycan diasporu Parisdəki terror aktlarını pisləyən bəyanat yayıb

Cəmiyyət Materials 16 Noyabr 2015 10:58 (UTC +04:00)
Fransadakı Azərbaycan diasporu Parisdə törədilən terror aktlarını pisləyən bəyanat yayıb.
Fransadakı Azərbaycan diasporu Parisdəki terror aktlarını pisləyən bəyanat yayıb

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

Fransadakı Azərbaycan diasporu Parisdə törədilən terror aktlarını pisləyən bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Fransadakı Azərbaycan diasporu Parisdə baş vermis terror aktlarını pisləyən bəyanatla çıxış edib.

Paris Azərbaycan Evinin yaydığı bəyanatda bildirilir ki, Fransadakı Azərbaycan icması 2015-ci il noyabr ayının 13-də Paris sakinlərinə qarşı törədilmiş terror aktını pisləyir və bu hərəkəti insanlığa zidd addım kimi qiymətləndirir.

Hadisə nəticəsində həlak olanların ailəsinə başsağlığı verən və onların ağrı-acısını bölüşdüyünü bildirən bəyanat müəllifləri, eyni zamanda, insanların dini inanclarına hörmətlə yanaşmağa, tolerantlıq nümayiş etdirməyə və terrora, aqressiyaya qarşı mübarizədə birləşməyə çağırır.

Bəyanatda həmçinin, Azərbaycan icması adından bu dəhşətli cinayəti törədənlərin məsuliyyətə cəlb olunması tələb edilir.

Bəyanat Fransa parlamentinə, Yelisey sarayına və yerli mətbuata göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti