...

FHN-in yaradılmasının 10 illiyi ilə bağlı “Xəzər-2015” komanda-qərargah təlimi keçiriləcək

Cəmiyyət Materials 23 Noyabr 2015 11:10 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 illiyi ilə əlaqədar olaraq “Xəzər-2015” komanda-qərargah təlimi keçiriləcək.
FHN-in yaradılmasının 10 illiyi ilə bağlı “Xəzər-2015” komanda-qərargah təlimi keçiriləcək

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 illiyi ilə əlaqədar olaraq "Xəzər-2015" komanda-qərargah təlimi keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, FHN-nin yaradılmasının 10 illik yubileyi münasibətilə noyabrın 24-də nazirliyin xilasetmə qurumlarının, həmçinin, Müdafiə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Dəniz Administrasiyası və "BP" şirkətinin şəxsi heyətinin iştirakı və xüsusi texnika və avadanlıqları cəlb edilməklə quruda və dənizdə "Xəzər-2015" komanda-qərargah təlimi keçiriləcəkdir. Təlim Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi və Kompleks Qazma İşləri Trestinin ərazisində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti