Bakı. Elmir Murad - Trend:
Bakı metrosunun "20 Yanvar", "28 May" və "Koroğlu" stansiyalarında sərnişinləri yoxlamaq üçün yeni aparatlar quraşdırılıb.
Trend-in əldə etdiyi məlumata görə, yeni aparatlar metroda təhlükəsizlik tədbirlərinin daha da yaxşılaşdırılmasına hesablanıb. Belə aparatlar "Bakı-2015 Avropa Oyunları" zamanı metronun "Koroğlu" stansiyasında tətbiq olunmuşdu.
Qeyd edək ki, sözügedən aparatlardan Heydər Əliyev Beynəxalq Hava Limanında da istifadə olunur.