...

Səhiyyə Nazirliyi: “Günəşli”dəki yanğında xəsarət alanların vəziyyəti səhiyyə nazirinin daim nəzarətindədir

Cəmiyyət Materials 7 Dekabr 2015 12:38 (UTC +04:00)
“Günəşli” yatağında baş vermiş qəza nəticəsində xəsarət alanların vəziyyəti səhiyyə nazirinin daim nəzarətindədir.
Səhiyyə Nazirliyi: “Günəşli”dəki yanğında xəsarət alanların vəziyyəti səhiyyə nazirinin daim nəzarətindədir

Bakı. İlhamə İsabalayeva - Trend:

"Günəşli" yatağında baş vermiş qəza nəticəsində xəsarət alanların vəziyyəti səhiyyə nazirinin daim nəzarətindədir.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyev dekabrın 4-də "Günəşli" yatağında baş vermiş qəza nəticəsində xəsarət almış və hazırda Neftçilər xəstəxanasında müalicə alan vətəndaşları ziyarət edib, onların vəziyyətləri ilə yaxından tanış olub və lazımi göstərişlər verib.

"Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində xəsarət alan vətəndaşlardan həmin gün ümumilikdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Neftçilər Xəstəxanasına 31 müraciət daxil olub. Vəziyyətləri yaxşı olan 22 nəfər, təkrar müayinələrə cəlb olunması şərti ilə, ambulator yardım göstərilərək evlərinə buraxılmışdır. Bu gün həmin 22 nəfər yenidən müayinələrə cəlb olunmuşdurlar. Onlardan bir nəfərini (ürək bulanma diaqnozu) xəstəxanada saxlamaq məsləhət görülüb, lakin heç bir həyati təhlükəsi yoxdur. Müxtəlif bədən xəsarətləri alan 8 nəfərə xəstəxanada lazımi səviyyədə tibbi yardım göstərilir. Vəziyyətləri sabitdir və artıq palatalara göçürülüblər. Müxtəlif dərəcəli yanıq xəsarətləri almış 1 nəfər Respublika Yanıq Mərkəzinə yerləşdirilmişdir ki, onun da vəziyyəti stabildir.

Səhiyyə nazirinin xüsusi tapşırığına əsasən xəsarət alan və hadisə nəticəsində itkin düşmüş neftçilərin yaxınlarına psixoloji yardımın göstərilməsi üçün ilə psixoloqlardan ibarət briqada yaradılmışdır. Bu gün psixoloqlar yenidən Neftçilər xəstəxanasında olmuş, onlara lazımi yardım göstərmişlər. Xəsarət alanların tezliklə sağalmaları üçün bütün zəruri addımlar atılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti