...

73 dəmiryolçuya yeni mənzil verildi

Cəmiyyət Materials 30 Dekabr 2015 13:24 (UTC +04:00)

Bakı. Trend:

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində (QSC) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş yığıncaq keçirilib.

Qurumun mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov iştirakçıları 31 dekabr - Dünya Azətbaycanlılarının Həmrəylik Günü və yeni 2016-cı il münasibətilə təbrik edib.

Sonra C.Qurbanov il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin qayğısı ilə dəmir yolunda həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər, "Şimal-Cənub" və "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.

Sonra yeni il ərəfəsində 73 dəmiryolçuya yeni mənzillərin açarları təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti