...

Qeyri-qanuni yolla İrana keçməyə cəhd edən əcnəbilər saxlanılıb (FOTO)

Cəmiyyət Materials 16 Yanvar 2016 14:09 (UTC +04:00)

Bakı. Trend:

Dövlət Sərhəd Xidməti tərəfindən qeyri-leqal miqrasiya məqsəd­ləri ilə dövlət sərhədinin pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, yanvarın 15-də saat 02:30 radələrində Yardımlı rayonu­nun Deman kəndi ərazisindəki zastavanın xidməti sahəsində alınmış əməliyyat məlumatı əsasında həyata keçirilən tədbirlər nəticəsində dövlət sərhədindən qeyri-qanuni yolla İrana keçməyə cəhd göstərən 9 nəfər Banqladeş və 1 nəfər Hindistan vətəndaşı saxlanıl­ıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti