Bakı. İlhamə İsabalayeva - Trend:
20 Yanvar faciəsinin 26-ci ildönümü ilə əlaqədar Azərbaycan Səhiyyə Nazirliyi Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyası gücləndirilmiş iş rejimində çalışacaq.
Bu barədə Trend-ə Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev məlumat verib.
O.Şahmaliyev qeyd edib ki, həmin gün əlavə briqadalar cəlb ediləcək. Briqadalar lazımi avadanlıq və dərman vasitələri ilə tam təchiz olunacaq.