Prokurorluq orqanlarının 2015-ci ildə fəaliyyətinə həsr olunmuş geniş kollegiya iclası keçirilib (FOTO)

Prokurorluq orqanlarının 2015-ci ildə fəaliyyətinə həsr olunmuş geniş kollegiya iclası keçirilib (FOTO)

Bakı. Trend:

Fevralın 5-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2015-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kollegiya iclasında giriş nitqi ilə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, 2015-ci ildə dünyada mövcud olan siyasi, iqtisadi və maliyyə böhranlarına baxmayaraq xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli düşünülmüş müdrik dövlət siyasəti və səriştəli idarəçiliyi nəticəsində ölkə həyatının bütün sahələrində böyük irəliləyişlərə, müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, vətənimizin iqtisadi qüdrətinin artırılması ilə nəticələnən möhtəşəm sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunub, hüquqi və demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində görülən işlər yeni müstəviyə qaldırılıb. 2015-ci ildə ölkədə 54,4 milyard manatlıq ümumi daxili məhsul istehsal edilməsi, əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun həcminin artaraq 5703 manata çatması, 84 min daimi olmaqla 100 mindən çox yeni iş yerlərinin yaradılması, əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləğinin 2015-ci il dekabrın 1-nə 7,1 milyard manat təşkil etməsi, 2014-cü illə müqayisədə əhalinin gəlirlərinin nominal ifadədə 5,7 faiz artaraq 41,7 milyard manata çatması xüsusi vurğulanıb. Təsadüfi deyil ki, Ümumdünya Davos İqtisadi Forumunun hesabatlarına görə ölkəmizin iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünya ölkələri sırasında 40-cı yerdə qərarlaşıb.

Azərbaycan Respublikasının BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsi, bir müddət öncə ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçilməsi, Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi, eləcə də 2015-ci ildə ilk Avropa Oyunlarının Bakıda keçirilməsi, paytaxtımızın cari ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci qlobal forumuna və 2017-ci ildə daha bir möhtəşəm tədbirə - İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəyi ölkəmizdə həyata keçirilən xarici siyasətin dünya dövlətləri tərəfindən yüksək dəyərləndirilməsinin bariz nümunəsi və müstəqillik illərində əldə etdiyi ən böyük nailiyyətlərdəndir.

Bildirilib ki, ulu öndər Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac, Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz qaz boru kəmərlərinin istifadəyə verilməsi, dünyanın nəhəng enerji layihələrindən olan "Şahdəniz-2", TANAP və TAP layihələrinin reallaşdırılması ölkəmizin enerji strategiyasının həyata keçirilməsinə, regionda Azərbaycanın geostrateji mövqeyini daha da gücləndirməkdədir.

2015-ci ilin mühüm əhəmiyyətə malik olan ictimai-siyasi tədbirin - Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərin nəticələrinin xalqla dövlətin vəhdətinin və birliyinin əyani təsdiqi və bariz nümunəsi olmasını diqqətə çatdıran Baş prokuror, demokratik prinsiplərə və beynəlxalq standartlara uyğun olaraq keçirilmiş parlament seçkilərində xalqımızın yekdilliklə ölkədə mövcud əmin amanlığın və həyata keçirilən sosial-iqtisadi siyasətin davamlılığına, hərtərəfli inkişaf dinamikasının sürətlənməsinə, xalqın rifahının və gələcəyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının sistemli və ardıcıl olaraq qorunmasına səs verdiyini bildirib.

Xüsusi vurğulanıb ki, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində məqsədyönlü xarici siyasət tədbirləri davam etdirilməklə yanaşı, Milli Ordunun daha da gücləndirilməsi, müasir ordu quruculuğu məqsədlərinə xidmət edən zəruri infrastrukturların yaradılması istiqamətində böyük işlər görülüb.

Hesabat məruzəsində qeyd edilib ki, 2015-ci il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olub, daxili işlər, ədliyyə, məhkəmə və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin həyata keçirilməsi təmin olunub. Hesabat dövründə prokurorluq orqanlarının bütün səyləri, ilk növbədə Dövlət başçısının rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, müasir məzmunlu islahat tədbirlərinin eyni intensivliklə davam etdirilməsinə, fəaliyyət istiqamətləri üzrə işin keyfiyyətinin yüksəldilməsinə, yeni iş metodlarını tətbiq etməyə qadir olan kadr korpusunun formalaşdırılmasına, möhkəm nizam-intizam yaradılmaqla neqativ təzahürlərin vaxtında aradan qaldırılmasını təmin edən işlək nəzarət mexanizminin yaradılmasına istiqamətləndirilib.

Prokurorluq orqanlarının fəaliyyətinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyi, peşə bayramı ərəfəsində cənab İlham Əliyevin Sərəncamları ilə qanunçuluğun təmin edilməsində, ağır cinayətlərin açılması və istintaqının aparılmasında, məhkəmələrdə dövlət ittihamının müdafiə olunmasında xidmətlərinə görə prokurorluq orqanlarının 25 əməkdaşının "İgidliyə görə" və "Dövlət qulluğunda fərqlənməyə görə" medalları kimi yüksək dövlət mükafatları ilə təltif edilməsi və 4 əməkdaşa ali xüsusi rütbələrin verilməsi diqqətə çatdırılıb.

Bundan başqa, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı yüksək peşəkarlıqla aparılıb, o cümlədən "Günəşli" neft-qaz platformasında baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı, Binəqədi rayonu ərazisində yaşayış binasındakı yanğınla əlaqədar, habelə Qəbələ rayonu ərazisində özünü radikal dini cərəyanın əmiri elan etmiş Nurəddin Xəlilovun rəhbərliyi ilə 17 nəfərdən ibarət silahlı bandanın çoxsaylı cinayət əməlləri ilə bağlı başlanmış cinayət işləri üzrə intensiv istintaq hərəkətləri həyata keçirilib.

Ölkəmizdə sahibkarların hüquqlarının qorunması, əlverişli biznes mühitinin formalaşması məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılmasının xüsusi əhəmiyyətini vurğulayan Baş prokuror bildirib ki, dövlət başçısı tərəfindən imzalanmış sənədin qəbul edilməsində məqsəd sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, onların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana təkrar şikayətlərin verilməsinə imkan yaratmaqdır.

Dövlətin həyata keçirdiyi sosial yönümlü siyasətin prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılıb.

Qeyd edilib ki, hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi təmin edilib. Vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi və asanlaşdırılması, buna əvvəlkindən daha az vaxt sərf olunması, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi, bu sahədə müasir informasiya kommunikasiya texnologiyalarından istifadə edilməsi, vətəndaşların yaşayış yerlərində qəbulunun prosedurları hazırlanaraq təcrübədə səmərəli tətbiqi həyata keçirilib. Eyni zamanda, bu sahədə işin təşkilində müəyyən çatışmazlıqların hələ də mövcudluğu diqqətə çatdırılmaqla, tələb edilib ki, müraciətlərə baxılması və vətəndaşların qəbulu işi gündəlik nəzarətdə saxlanılmaqla, "Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında" əmrin qeyd-şərtsiz icrası, həmin fəaliyyət istiqaməti üzrə işin düzgün təşkili, bu sahəyə cavabdeh əməkdaşların məsuliyyətinin artırılması təmin olunsun.

Dövlət başçısının tapşırıq və tövsiyələrinə müvafiq olaraq Baş prokuror tərəfindən respublikanın müxtəlif bölgələrində prokurorluğun rəhbər işçilərinin iştirakı ilə vətəndaşların qəbulu keçirilməklə, qaldırılan məsələlərin yerində həll edilməsi və əsaslı müraciətlərin təmin olunması istiqamətində hərtərəfli tədbirlər həyata keçirilib.

Bildirilib ki, hesabat ilində prokurorluq orqanlarının beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib. Beynəlxalq Antikorrupsiya Akademiyasının Assambleyasına ölkəmizin nümayəndəsinin sədrliyi ilə əlaqədar həmin qurumla əlaqələr daha da genişlənib. Azərbaycanın Assambleyaya sədrliyi dövründə həyata keçirilmiş uğurlu fəaliyyət nəticəsində 5 ölkə Akademiyaya üzv qəbul olunmaqla üzvlərin sayı 65-ə çatıb, həmçinin qarşılıqlı əməkdaşlığa öz müsbət təsirini göstərəcək "Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokurorluğu arasında Anlaşma Memorandumu" və "Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Rusiya Federasiyasının İstintaq Komitəsi arasında əməkdaşlıq haqqında" Sazişlər imzalanıb.

Kollegiya iclasında prokurorluq orqanlarında informasiya kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsinin yüksəldilməsi, "Elektron Sənəd Dövriyyəsi" və "Elektron Cinayət" İnformasiya proqramlarının tam fəaliyyət göstərməsi, bu sahədə həyata keçirilən işin səmərəliliyinin artırılması barədə konkret tapşırıqlar verilib.

Görülmüş müsbət işlərlə yanaşı qeyd edilməlidir ki, Baş Prokurorluğa hesabat ilində vətəndaşlardan qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd hadisələrinə görə başlanmış işlərin istintaqının qeyri-obyektiv aparılması, cinayətin törədilməsində iştirak etmiş bütün şəxslərin cinayət məsuliyyətinə cəlb olunmaması və təqsirləndirilən şəxslərin əməllərinin düzgün tövsif olunmaması barədə xeyli sayda şikayətlər daxil olub. Aparılmış araşdırmalar göstərir ki, cinayət işlərinin istintaqının ilkin mərhələsində zəruri təxirəsalınmaz hərəkətlərin keyfiyyətli yerinə yetirilməməsi, texniki vasitələrdən səmərəli istifadə olunmaması, müstəntiqlər və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlar tərəfindən prinsipiallıq göstərilməməsi vətəndaşların bu xarakterli şikayətlər etmələrinə səbəb olub. Bir sıra hallarda yalnız Baş Prokurorluğun müdaxiləsindən sonra cinayət işlərinin istintaqı zamanı yol verilmiş nöqsanlar aradan qaldırılmaqla, müraciətlərdə göstərilən vəsatətlər təmin edilib.

Bildirilib ki, prokurorluğun fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol verilən çatışmazlıqların qısa müddətlər ərzində aradan qaldırılması üçün konkret tapşırıqlar verilib. Baş Prokurorluğun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə 2015-ci ilin nəticələrinə görə artımı müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə, bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin layiq olduqları məsuliyyətə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb. 2014-cü illə müqayisədə bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin sayının əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, Baş Prokurorluğun müvafiq qurumları və əlaqədar tabe prokurorlara tapşırıq verilib ki, hesabat ilinin nəticələrinə görə bağlı qalmış 9 belə cinayətin, o cümlədən Bakı şəhərinin Yasamal və Qaradağ, eləcə də Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Beyləqan, Quba və Şəmkir rayonlarının hər birində 1 fakt olmaqla açılması istiqamətində zəruri tədbirlərin görülməsi təmin edilsin.

Kollegiya iclasında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli "Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında" Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar yol-nəqliyyat hadisələrinin təhqiqatında və istintaqında, açılması təmin edilməmiş ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı əməliyyat-axtarış və istintaq hərəkətlərinin həyata keçirilməsində qanunların icrasına nəzarətin gücləndirilməsi, yol-nəqliyyat hadisələri ilə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı korrupsiya və digər sui-istifadə hallarına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması ilə bağlı zəruri tədbirlərin görülməsinə dair konkret göstərişlər verilib.

Bildirilib ki, ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq 2002-ci ildən başlayaraq keçirilən 15 müsabiqə üzrə prokurorluğa qulluğa qəbul edilmiş 656 gənc hüquqşunasın sayının prokurorluğun kadr tərkibinin 58 faizini təşkil etməsi aparılan uğurlu islahatların məntiqi nəticəsidir.

Tədbirdə çıxış edən Baş prokurorun birinci müavini Rüstəm Usubov, Baş prokurorun müavini-Respublika Hərbi prokuroru Xanlar Vəliyev, Baş prokurorun müavini Namiq Əsgərov, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Bakı şəhər prokuroru Əziz Seyidov və digər natiqlərin çıxışlarında 2015-ci il ərzində cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində müvafiq tabe struktur qurumlar tərəfindən görülmüş işlər barədə ətraflı məlumatlar verilməklə, "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin daha da artırılması, işin müasir məzmunda təkmilləşdirilməsi və mövcud çatışmazlıqların aradan qaldırılmasına yönəldilmiş konkret təkliflər irəli sürülüb.

Kollegiya iclasına yekun vuran Baş prokuror prokurorluq orqanlarının kollektivi adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin edib ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi öz qüvvələrini səfərbərliyə almaqla, bundan sonra da digər əlaqədar dövlət təsisatları ilə birlikdə dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcək, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi yolunda öz xidmətlərini göstərəcək.

“Karvan-L” tender elan edir
“Karvan-L” tender elan edir
“PAŞA Sığorta” şirkəti “Bakı Gəmiqayırma Zavodu” və “Mərkəzi Klinika” MMC-nin elan etdiyi tenderlərin qalibi olub
“PAŞA Sığorta” şirkəti “Bakı Gəmiqayırma Zavodu” və “Mərkəzi Klinika” MMC-nin elan etdiyi tenderlərin qalibi olub
Dövlət Xidməti sahibkarlara tenderlərlə bağlı müraciət edib
Dövlət Xidməti sahibkarlara tenderlərlə bağlı müraciət edib
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət edib
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü günü başlayıb (FOTO)
96 yaşlı müharibə veteranı: Ulu öndər Heydər Əliyevdən gördüyümüz diqqət və qayğını indi Prezident İlham Əliyevdən görürük (VİDEO)
Azərbaycan xalqı Heydər Əliyev kimi dühanı yetişdirdiyi üçün xoşbəxtdir - Əflatun Amaşov
Azərbaycan aprel ayında “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib
FHN küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
Moskvada hərbi parad keçirilir
Mingəçevir Dövlət Universitetində 9 May - Qələbə Gününə həsr olunan konfrans keçirilib
Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı ailələrində ziyarət edilib (FOTO)
Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib (FOTO)
Azərbaycan Sənaye Korporasiyası ağacəkmə aksiyası keçirib (FOTO)
Göygöl Milli Parkının ərazisinə balıq körpələri buraxılıb (FOTO)
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına avtomobil hədiyyə edilib (FOTO)
Türkiyə səfiri Azərbaycan xalqını təbrik edib
100-dən çox diaspor könüllüsü və gənci “Heydər Əliyev və Azərbaycan diasporu” mövzusunda keçirilən konfransa qatılıb
Azərbaycan XİN 9 May Qələbə Günü ilə bağlı bəyanat yayıb
Əfqanıstanda silahlı qarşıdurmada yeddi polis öldürülüb
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib (FOTO)
Bu gün sonuncu Qədr gecəsidir
Los-Ancelesdə Azərbaycanın faşizm üzərində qələbəsindəki roluna dair film hazırlanıb (VİDEO)
Papua-Yeni Qvineyada torpaq sürüşməsi nəticəsində 15 nəfər ölüb
Şirvan şəhərində "Opel" yanıb
Malayziyada ölkə daxilində səyahət etmək və əksər sosial tədbirlər qadağan ediləcək
Kolumbiyada etiraz aksiyaları zamanı 550-ya yaxın insan itkin düşdü
Yunan-Roma güləşçimiz Rafiq Hüseynov "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Nyu-Yorkun Tayms-skver meydanında atışma baş verib
Dünyada ötən sutka koronavirusa 817 mindən çox yoluxma qeydə alınıb - ÜST
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun iştirakçıları üçün hər cür şərait yaradılıb - amerikalı idmançı
Türkiyədə son sutkada koronavirusdan 28 896 nəfər sağalıb
"Bavariya" ardıcıl 9-cu dəfə futbol üzrə Almaniya çempionu oldu
Daşkəsən polisi şəhid ailələrinə bayram sovqatları paylayıb
Əfqanıstanda məktəbin qarşısında partlayışlar olub, çoxlu sayda ölən var
Mingəçevir Dövlət Universitetində “Dahi Azərbaycanlı” sənədli filmi nümayiş etdirilib (FOTO)
Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Azərbaycanda bayram tətili başlayıb
Mayın 16-dək Azərbaycanda ictimai nəqliyyat işləməyəcək
Bakıda bağlı qapı arxasında qalan iki azyaşlı xilas edilib
Milli Gimnastika Arenasının zalı heyrətamiz dərəcədə gözəldir - rusiyalı idmançı
Mingəçevir Dövlət Universitetində “İşğaldan azad olunmuş Azərbaycan ərazilərinin ekoloji vəziyyəti” mövzusunda nəzəri-praktiki seminar keçirilib (FOTO)
Ramazanın 26-cı gününün duası - İmsak və iftar vaxtı
İran yük avtomobilləri Qarabağa yük daşımır - İran səfirliyi
Mingəçevir Dövlət Universitetinin tələbə gəncləri ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirib (FOTO)
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun qalib və mükafatçılarının mükafatlandırılma mərasimi keçirilib (FOTO)
Ramazan bayramı ilə əlaqədar may ayı üzrə pensiyaların ödənişi vaxtından əvvəl başa çatdırılıb
Gimnastlarımız üç halqa və iki cüt gürzlərlə hərəkətlərdə Dünya Kubokunun finalına çıxıb (FOTO)
Bu gün Şuşa azaddır və bir daha bizdən ayrılmayacaq - Şuşa sakini danışır
MDU-da ümummilli lider Heydər Əliyevə həsr olunan mühazirələr keçirilib (FOTO)
Mingəçevir Dövlət Universitetinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər
Liderlik zirvəsini fəth edən Dahi
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri azalıb
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi yad edilib
Azərbaycan gimnastları çox güclüdür - Qazaxıstanlı gimnast
Qarabağ Dirçəliş Fondu əlavə dəyər vergisindən azad olunub
Bakıdakı Dünya Kuboku mənim ən sevimli yarışlarımdan biri oldu - Zöhrə Ağamirova
1992-ci il 8 mayında Şuşa satqınlığın və xainliyin qurbanı oldu - Deputat
Dövlət Neft Şirkətinin strukturu təkmilləşdirilir
TRT Qarabağla bağlı sənədli film hazırlayır
Dünya Kubokunda gürzlərlə hərəkətlərdə finalçılar müəyyənləşib
Aİİ-də “Ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı naminə xidmətləri” mövzusunda videokonfrans keçirilib (FOTO)
Azərbaycan gimnastı Zöhrə Ağamirova Dünya Kubokunda finala çıxıb
Bakıda təhsil müəssisələrinin tikintisi, təmiri və bərpasına iyirmi milyon manat ayrıldı - SƏRƏNCAM
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri var - Tahir Budaqov
Prezident İlham Əliyev Şuşada yeni ümumtəhsil məktəbinin tikintisinə üç milyon manat ayırdı
Yol qovşağında yenidənqurma işləri aparılır (FOTO)
AQTA quş qripi ilə bağlı Dövlət Gömrük Komitəsinə müraciət edib
Şuşada istilik təchizatının qurulması üçün bir milyon manat ayrıldı - SƏRƏNCAM
Bakıda bizi mehribanlıqla qarşılayırlar - Ukraynalı gimnast
Qələbənin 76-cı ildönümü münasibətilə Azərbaycan Ordusunda iməcilik keçirilib (FOTO/VİDEO)
Ro-Pax tipli "Azərbaycan" gəmi-bərəsi Qazaxıstana çatıb (FOTO)
Hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ edildi
Suvarmada olan çətinliklərin aradan qaldırılması ilə bağlı tapşırıq verilib (FOTO)
"Azəriqaz" bayram günlərində də fəaliyyətini davam etdirəcək
Mayın 16-na olan USD/AZN rəsmi məzənnəsi
Tibb müəssisələrində yoxlamalara başlanılıb
Lənkəranda 50 hektardan çox sitrus bağı salınıb (FOTO)
Müdafiə Nazirliyi Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri ilə bağlı VİDEO hazırlayıb
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənilib
Yaxın 3 ayda müəllimlərin sertifikasiyası gözlənilmir - RƏSMİ
Növbəti illərdə şagird sayında azalmalar ola bilər - Təhsil naziri
“Azərpambıq ASK” MMC-nin işi məhkəməyə göndərildi
Azərbaycanda peyvənd olunan təhsil işçilərinin sayı açıqlanıb
Saatlıda karantin qaydalarını pozan çayxana aşkarlanıb
Xəzər rayonu rəhbərliyi və ictimaiyyət nümayəndələri Binədə yeni qurulan Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 1720 nəfər COVID-19-dan sağalıb, 649 nəfər yoluxub
Əyani tədrisin qismən bərpa olunması qərarı aparılan təhlillərdən sonra verilib - Nazir
Şuşa alimlərin, sənətkarların doğulub boya-başa çatdığı elm və mədəniyyət mərkəzidir - Komitə sədri
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə
120 minə yaxın təhsil işçisi vaksinasiyadan keçib
Bu il 50 mindən artıq müəllimliyə namizəd işə qəbulla bağlı müsabiqəyə qatılacaq - Emin Əmrullayev
Energetika Nazirliyi Ulu Öndərin anadan olmasının 98-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirib (FOTO)
Şəhid ailələri və müharibə əlillərinə daha 40 mənzil təqdim olundu (FOTO)
X-XI siniflər hələ də distant formada tədrisə davam edəcək - Təhsil naziri
Bədii gimnastika üzrə Dünya Kubokunun ikinci günündə maraqlı anlar (FOTO)
Naxçıvan Qarnizonu Qoşunlarında gənc əsgərlərin andiçmə mərasimləri keçirilib (FOTO/VİDEO)
Azərbaycan gimnastlarının Dünya Kubokunun ikinci günündə NƏTİCƏLƏRİ (FOTO)
Bakıda yarışlar hər zaman ən yüksək səviyyədə keçir - Sloveniyalı gimnast
Külək və yağışla bağlı XƏBƏRDARLIQ
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI
Qalib Sərkərdə strategiyasının əməli sübutu – qalibiyyətə aparan möhtəşəm yol
Bütün xəbərlər