...

İntiqam Əliyev azadlığa buraxıldı

Cəmiyyət Materials 28 Mart 2016 13:55 (UTC +04:00)
Bu gün Ali Məhkəmədə Baş prokuror Zakir Qaralovun Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyevə təyin olunan cəzanın ağır olmasına dair verdiyi əlavə kasassiya protesti üzrə iclas başlayıb.
İntiqam Əliyev azadlığa buraxıldı

Bakı. Samir Əli - Trend:

Bu gün Ali Məhkəmədə Baş prokuror Zakir Qaralovun Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyevə təyin olunan cəzanın ağır olmasına dair verdiyi əlavə kasassiya protesti üzrə iclas başlayıb. Protestdə cəzanın dəyişdirilməsi məsələsi qoyulub.

Trend-in məlumatına görə, Ali Məhkəmənin sədri Ramiz Rzayevin sədrliyi ilə keçirilən plenum iclasında İ.Əliyev iştirak etməyib.

Məhkəmə İ.Əliyevin barəsində çıxarılmış 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə qərarının dəyişdirilərək ona 5 il müddətinə şərti həbs cəzası verilməsi barədə qərar qəbul edib.

Xatırladaq ki, İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib. İ.Əliyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti