...

Bayram günlərində yol qəzalarının statistikası

Cəmiyyət Materials 28 Mart 2016 13:13 (UTC +04:00)
Azərbaycanda bayram günlərində 69 yol-nəqliyyat hadisəsi baş verib.
Bayram günlərində yol qəzalarının statistikası

Bakı. Trend:

Azərbaycanda bayram günlərində 69 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

K.Əliyev bildirib ki, martın 19-dan 28-dək baş verən yol-nəqliyyat hadisələrində 21 nəfər ölüb, 96 nəfər xəsarət alıb.

K.Əliyev əlavə edib ki, qeyd olunan günlər ərzində ümumilikdə 90 mindən artıq inzibati xəta haqqında protokol tərtib olunub: "Bunlardan 53 minə qədəri sürət həddinin aşılmasına görədir. Bu müddət ərzində 486-sı Bakı şəhərində olmaqla 800-dən artıq sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edən sürücü aşkar edilərək məsuliyyətə cəlb olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti