...

Reproduktiv sağlamlıqla bağlı qanun layihəsinin yeni variantı tamamlanmaq üzrədir

Cəmiyyət Materials 29 Mart 2016 13:38 (UTC +04:00)
"Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsində narazılıq doğuran məsələlər artıq razılaşdırılıb.
Reproduktiv sağlamlıqla bağlı qanun layihəsinin yeni variantı tamamlanmaq üzrədir

Bakı. İlhamə İsabalayeva - Trend:

"Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsində narazılıq doğuran məsələlər artıq razılaşdırılıb. Layihənin yeni variantı üzərində işlər tamamlanmaq üzrədir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, layihə rəy alınması üçün bir neçə quruma göndərilib: "Artıq 4 qurumdan - Gənclər və İdman Nazirliyindən, Ədliyyə Nazirliyindən, Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsindən və Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) müvafiq rəylər almışıq. QMİ ilə yanaşı, daha 3 qurum reproduktiv sağlamlıqla bağlı qanun layihəsinə müsbət münasibətlərini ifadə ediblər".

Ə.Əmiraslanov qeyd edib ki, layihəyə bir necə qurumun da rəy verməsini gözləyirlər: "Yaxın zamanlarda onlar da rəylərini açıqlayacaqlar. Qanun layihəsini yaxın dövrdə Milli Məclisin Səhiyyə komitəsinin, sonra isə plenar iclasın müzakirəsinə təqdim etməyi nəzərdə tuturuq. Neçə illərdir ki, bu qanun layihəsi ərtafında müzakirələr, mübahisələr, söz-söhbətlər davam edir. Hesab edirik ki, bu sənədin də yenidən müzakirələrə çıxarılması vacibdir. Qanunun qəbuluna da ciddi ehtiyac var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti