...

Azərbaycanın fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 30 minə yaxınlaşır

Cəmiyyət Materials 12 Aprel 2016 14:48 (UTC +04:00)
Azərbaycanda tətbiq olunan fərdi uçot sistemi respublikamızda əmək fəaliyyəti ilə məşğul olan, ölkənin mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbiləri də əhatə edir.
Azərbaycanın fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 30 minə yaxınlaşır

Bakı. Trend:

Azərbaycanda tətbiq olunan fərdi uçot sistemi respublikamızda əmək fəaliyyəti ilə məşğul olan, ölkənin mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbiləri də əhatə edir.

Həmin şəxslərin məcburi dövlət sosial sığortasına cəlb edilməsi işlərinin davamı kimi, cari ilin yanvar-mart aylarında Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 1578 nəfər artaraq 29442 nəfərə çatıb. Onlardan 88 faizə qədəri kişilərdən, digərləri qadınlardan ibarətdir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ümumilikdə ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 1 aprel tarixinə bu sistemdə fərdi şəxsi hesabı açılan əcnəbilərin sayında artım 6352 nəfər təşkil edib.

Hazırda fərdi uçot sistemində qeydiyyatda olan xarici ölkə vətəndaşları 120-ə yaxın ölkəni təmsil edirlər. Onların sırasında daha yüksək say göstəricisinə görə ilk yerləri Тürkiyə, Gürcüstan və Rusiya vətəndaşları tutur. Sonrakı yerlər Hindistan, İran, Çin, Banqladeş, Böyük Britaniya, Pakistan, Ukrayna, Filippin və s. ölkələrin vətəndaşlarına aiddir.

Əcnəbilərin sığorta-pensiya sistemi ilə əhatə olunması bu sistemin tələblərinin icrası ilə yanaşı, həmin insanların gələcəkdə sosial təminat və pensiya hüququna malik olmalarına da şərait yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti