...

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasını imzaladı

Cəmiyyət Materials 23 Aprel 2016 10:22 (UTC +04:00)
Birləşmiş Millətlər Təşkilatının Mənzil (Baş) Qərargahında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasının imzalanma mərasimi keçirilib.
Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasını imzaladı

Bakı. İlhamə İsabalayeva - Trend:

Birləşmiş Millətlər Təşkilatının Mənzil (Baş) Qərargahında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasının imzalanma mərasimi keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbat xidmətindən Trend-ə verilən məlumata görə, sənədi 171 ölkənin hökumətləri adından dövlət və hökumət rəhbərləri, xarici işlər, ətraf mühit nazirləri imzalayıb.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasını Azərbaycan Respublikası Hökuməti adından, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov imzalayıb.

Qeyd edək ki, Paris Razılaşması 12 dekabr 2015-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti