...

Ali Hərbi Məktəbdə “Ana can” adlı tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 27 Aprel 2016 18:16 (UTC +04:00)
Aprelin 26-da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzi Xətai rayon Mədəniyyət Mərkəzi ilə birgə ordumuza mənəvi dəstək məqsədi ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə “Ana can” adlı tədbir keçirib.
Ali Hərbi Məktəbdə “Ana can” adlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Aprelin 26-da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzi Xətai rayon Mədəniyyət Mərkəzi ilə birgə ordumuza mənəvi dəstək məqsədi ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə "Ana can" adlı tədbir keçirib.

Trend-in məlumatına görə, tədbirdə Ali Hərbi Məktəbin zabit heyəti və kursantları, Xətai rayon Gənclər və İdman İdarəsinin əməkdaşları iştirak edib.

Konsertdə tanınmış mügənnilər Mirkamil Kamilov, Səbinə Əsgərova, sevilən rəqqasə Fatimə Fətəliyeva çıxış ediblər. "Banu" rəqs ansablının və digər rəqs kollektivlərinin çıxışları tamaşaçılara xoş əhval ruhiyyə bəxş edib.

Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən konsert iştirakçıları Fəxri Fərmanlarla təltif ediliblər.

Sonda Ali Hərbi Məktəbin rəhbərliyi tədbirin təşkilatçılarına təşəkkür bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti