...

QMİ: Məscidlərdə kəbin kəsdirənlərdən rəsmi nikah sənədi tələb olunur

Cəmiyyət Materials 10 May 2016 16:10 (UTC +04:00)
Azərbaycanda bütün məscidlərdə dini kəbin kəsdirən şəxslərdən Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsinin (VVAQ) rəsmi nikah sənədi tələb olunur.
QMİ: Məscidlərdə kəbin kəsdirənlərdən rəsmi nikah sənədi tələb olunur

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda bütün məscidlərdə dini kəbin kəsdirən şəxslərdən Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı (VVAQ) şöbələrinin rəsmi nikah sənədi tələb olunur. Bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini, "Heydər" Məscid Kompleksi İdarəsinin sədri Hacı Sabir Həsənli deyib.

S.Həsənli bildirib ki, dini kəbin kəsilərkən mütləq rəsmi nikah sənədi təqdim edilməlidir: "Azərbaycanda məscidlərin hamısında dini kəbin kəsilərkən rəsmi nikah sənədi tələb edilir. Bu barədə QMİ-nin rəsmi göstərişi olub. VVAQ-ın sənədi olmadan dini kəbin kəsdirmək mümkün deyil. Sovet dövründə də belə idi, müstəqillik dövründə də belədir".

O əlavə edib ki, "Heydər" məscidində dini kəbin kəsilərkən qeydiyyat aparılır: "Burada nəinki dini kəbinlər, bütün müraciətlər qeydiyyatdan keçirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti