...

Zığ yolunda yaşayış binasında baş vermiş yanğınla bağlı cinayət işi məhkəməyə göndərildi

Cəmiyyət Materials 27 May 2016 14:52 (UTC +04:00)
10 aprel 2015-ci il tarixdə Xətai rayonu, Zığ yolu küçəsi 16 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı cinayət işi üzrə istintaq tamamlanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Zığ yolunda yaşayış binasında baş vermiş yanğınla bağlı cinayət işi məhkəməyə göndərildi

Bakı-Trend:

10 aprel 2015-ci il tarixdə Xətai rayonu, Zığ yolu küçəsi 16 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı cinayət işi üzrə istintaq tamamlanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Trend-in əldə etdiyi məlumata görə, binaların üzlənməsində istifadə olunan "poliuretan" məmulatını istehsal edən və həmin tikinti materialı ilə təmir işlərini aparan "TNH" məhdud məsuliyyətli cəmiyyətinin faktiki rəhbəri Fərid Sadıqova, həmin MMC-nin direktoru Zaur Əşrəfova, direktor müavini Nüsrət Muxtarova Cinayət Məcəlləsinin 225.2 və 308.2-ci maddələri ilə ittiham elan edilib.

Qeyd edək ki, cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti