...

"Formula 1" ilə əlaqədar daha bir küçə bağlanır

Cəmiyyət Materials 9 İyun 2016 14:45 (UTC +04:00)
Paytaxtın mərkəzi küçələrindən biri müvəqqəti bağlanır.
"Formula 1" ilə əlaqədar daha bir küçə bağlanır

Bakı. Samir Əli - Trend:

Paytaxtın mərkəzi küçələrindən biri müvəqqəti bağlanır. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, iyunun 9-u gecə saat 23:00-dan etibarən iyunun 10-u saat 15:00-a qədər paytaxtın mərkəzi küçələrindən biri olan Üzeyir Hacıbəyov küçəsi istiqamətində Cavanşir körpüsündən avtomobillərin hərəkəti məhdudlaşdırılır.

"Formula 1" yarışının keçirilməsi ilə əlaqədar yaranmış zərurətə görə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək. Bununla əlaqədar paytaxtın Neftçilər prospektinin Afiyəddin Cəlilov küçəsi ilə kəsişməsindən sağa - Yusif Səfərov küçəsinə, eyni zamanda Yusif Səfərov küçəsindən 28 May küçəsinə doğru avtomobillərin hərəkəti planlaşdırılır.

Ərazidə tıxacların yaranmaması üçün həmin istiqamətdə hərəkət edən paytaxt sakinlərinə şəxsi avtomobillərdən istifadə edilməməsi tövsiyə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti