Bakı. Samir Əli - Trend:
Bakı Apelyasiya Məhkəməsində insan alverinə görə həbs edilən İrina Qəmbərovanın Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsa da, təmin edilməyib.
İttihama görə, İ.Qəmbərova İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, qadınları cinsi istismara məruz qoymaqda ittiham edilib və barəsində Cinayət Məcəlləsinin 144-cü (insan alveri) maddəsi ilə cinayət işi başlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Qəmbərova 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmlə razılaşmayan müdafiə tərəfi apelyasiya şikayəti verib.
Qadınları cinsi istismara məruz qoyan qadının şikayəti rədd edildi
Bakı Apelyasiya Məhkəməsində insan alverinə görə həbs edilən İrina Qəmbərovanın Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb.