...

Gürcü qonaq: "Formula 1" ölkəyə çoxlu sayda turist cəlb edir"

Cəmiyyət Materials 17 İyun 2016 16:52 (UTC +04:00)
"Formula 1" yarışması çox böyük bir idman bayramıdır və ölkəyə çoxlu sayda turist cəlb edir".
Gürcü qonaq: "Formula 1" ölkəyə çoxlu sayda turist cəlb edir"

Bakı. Elçin Mehdiyev – Trend:

"Formula 1" yarışması çox böyük bir idman bayramıdır və ölkəyə çoxlu sayda turist cəlb edir".

Bunu Trend-ə Formula 1 yarışmasını izləməyə gəlmiş gürcüstanlı qonaq David Apriaşvili deyib.

O bildirib ki, bu yarışma yalnız turizm baxımından önəmli deyil: "Formula 1" həm də ölkənin beynəlxalq aləmdə nüfuzunu artırır. Çox istərdim ki, bu yarışma Gürcüstanda da keçirilsin”.

D.Apriaşvili bir neçə il öncə də Bakıda olduğunu deyib: “Mən Bakıya sonuncu dəfə gəldiyim müddətdən indiyə qədər şəhər çox dəyişib, gözəlləşib. Azərbaycanla Gürcüstan mehriban qonşu və dost ölkədir və bu cür möhtəşəm yarışmanın Azərbaycanda keçirilməsi bizi çox sevindirir”.

Niderlandlı turist: "Formula 1" Azərbaycana iqtisadi baxımdan çox fayda verəcək"

Niderlandlı turist: "Formula 1" Azərbaycana iqtisadi baxımdan çox fayda verəcək"

Qeyd edək ki, bu gün Bakıda “Formula 1” üzrə dünya çempionatının 8-ci – Avropa Qran Prisi yarışlarına start verilib.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları – Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir “Formula 1” treklərinin memarı olan Herman Tilkedir.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti