...

Fuad Qəhrəmanlının işi məhkəməyə göndərilir

Cəmiyyət Materials 29 İyun 2016 12:34 (UTC +04:00)
Nardaran hadisələrində təqsirləndirilərək həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı barəsində olan cinayət işinin tanışlıq mərhələsi başa çatıb.
Fuad Qəhrəmanlının işi məhkəməyə göndərilir

Bakı. Samir Əli-Trend:

Nardaran hadisələrində təqsirləndirilərək həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı barəsində olan cinayət işinin tanışlıq mərhələsi başa çatıb.

Bu barədə Trend-ə F.Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyev məlumat verib. Bildirib ki, təqsirləndirilən şəxsin vəkilləri cinayət işinin materialları ilə tanış olublar. Vəkillər cinayət işini əsassız hesab edərək işə xitam verilməsi barədə vəsatət qaldırsalar da, istintaq vəsatətləri təmin etməyib. Cinayət işi yaxın günlərdə məhkəməyə göndəriləcək.

Xatırladaq ki, F.Qəhrəmanlı ötən il dekabrın 8-də Nardaran hadisələri ilə bağlı çağırışlar etməkdə təqsirləndirilərək həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Daha sonra onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. F.Qəhrəmanlı Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti