Bakı. İlhamə İsabalayeva - Trend:
Səhiyyə Nazirliyi Müharibə veteranları Respublika xəstəxanasında bu ilin ilk 6 ayı ərzində 1799 nəfər xəstə qəbul edilib.
Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Müharibə veteranları Respublika xəstəxanasının baş həkiminin müavini Nizami Feyzullayev deyib.
Onun sözlərinə görə, xəstələrin orta yaş həddi 77-dir.
Müharibə veteranları Respublika xəstəxanasının Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşdiyini xatırladan N.Feyzullayev əlavə edib ki, xəstəxana 300 çarpayılıqdır: "Burada 250 çarpayı terapevtik və 50 çarpayı nevroloji xəstələr üçündür. Xəstəxananın əsas kontingentini müharibə və əmək veteranları, Çernobıl AES-də baş vermiş qəzanın aradan qaldırılmasında iştirak etmiş şəxslər təşkil edir".